Azərbaycan Premyer Liqası: Tura derbi ilə yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura derbi ilə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq. Sonuncu oyun günündə də iki görüş təşkil olunacaq.
Əvvəlcə Zirədə bu qəsəbənin eyniadlı komandası "Sabah"ı qəbul edəcək. Turnir cədvəlində qonşu olan komandaların duelində kimin sevinəcəyi maraq doğurur.
Tura "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq. Azərbaycan derbisi öncəsi hər iki komandada ab-hava yaxşı deyil. Çünki bu həftə sözügedən kollektivlər avrokuboklarda məğlubiyyət acısı yaşayıb. Bu üzdən də tərəflər turun mərkəzi oyununda qələbə qazanmaqla ab-havanı yaxşılaşdırmağı hədəfləyib.
Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" "Keşlə" ilə heç-heçəyə (0:0) razılaşıb, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası

3-cü tur

Zirə - Sabah

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı.

Zirə İdman Kompleksinin stadionu. Saat 18:00.

Qarabağ - Neftçi

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Azersun Arena. Saat 20:15.