“Barselona”nın keçmiş yarımmüdafiəçisi millidəki karyerasını başa vurdu

“Barselona”nın keçmiş yarımmüdafiəçisi millidəki karyerasını başa vurdu

İspaniyanın “Sevilya” futbol klubunun yarımmüdafiəçisi İvan Rakitiç Xorvatiya millisindəki karyerasını başa vurub. Bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi “Twitter” səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Rakitiç 2007-ci ildən dəvət olunduğu Xorvatiya yığmasının heyətində 106 matça çıxıb və 15 qol vurub. Otuz iki yaşlı yarımmüdafiəçi milli komanda ilə 2018-ci il dünya çempionatının gümüş mükafatçısı olub.