Morata “Yuventus”la müqavilə imzalayır

Morata “Yuventus”la müqavilə imzalayır

“Atletiko"nun hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirəcək. 27 yaşlı futbolçu “Yuventus”la razılığa gəlib.
Məlumata görə, Morata bu gün İtaliyaya yollanır. O, tibbi baxışdan keçdikdən sonra klubu ilə müqavilə imzalayacaq.
Daha əvvəl Turin təmsilçisinin hücumçunun icarəsi üçün “Atletiko”ya 9 milyon avro ödəyəcəyi bildirilib.