Frank de Bur Niderland millisinin yeni baş məşqçisi təyin olundu

Frank de Bur Niderland millisinin yeni baş məşqçisi təyin olundu

Niderland millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Komandanı bundan sonra Frank de Bur çalışdıracaq. 50 yaşlı mütəxəssislə aparılan danışıqlar müsbət nəticələnib. De Bur Niderland Kral Futbol Assosiasiyası ilə 2 illik müqavilə bağlamağa razılıq verib. O, bu postda “Barselona”nın baş məşqçisi təyin olunan Ronald Kumanı əvəzləyəcək.
Qeyd edək ki, Frank de Burun son iş yeri ABŞ klubu “Atlanta Yunayted” olub. Çalışdırıcı həmçinin “Ayaks” (Niderland), “İnter” (İtaliya) və “Kristal Pelas”a (İngiltərə) da rəhbərlik edib.