PSJ prezidenti həbs edilə bilər

PSJ prezidenti həbs edilə bilər

Fransanın "Pari Sen-Jermen" futbol klubunun, “beIN Media Group Nasser” mediaholdinqinin rəhbəri Nasser Al-Xelaifi və FİFA-nın keçmiş baş katibi Jerom Valke korrupsiya ilə bağlı iş üzrə üç ilə qədər həbs cəzası ala bilər.
Məlumata görə, ilk məhkəmə işində İsveçrə Prokurorluğu Al-Xelaifiyə 28 ay, Valkeyə 3 il həbs cəzası tələb edib. Əgər prokurorluğun tələbi təmin edilsə, bu hadisə Avropa futbolu tarixində ilk olacaq.
Xatırladaq ki, Al-Xelaifi və Valke dələduzluqda, saxta sənədlərin hazırlanmasında, xüsusi şəxslərin ələ alınmasında şübhəli bilinirlər. İstintaqın məlumatına görə, Al-Xelaifi dünya çempionatları matçlarının translyasiyası hüquqlarının alınması üçün Valkeyə rüşvət verməkdə ittiham edilir. 2018-ci ilin yanvarında Valke 12 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.