“Atletiko” koronavirusa görə məşqləri dayandırdı

“Atletiko” koronavirusa görə məşqləri dayandırdı

İspaniyanın "Atletiko" komandasında koronavirus aşkarlanıb. Uruqvaylı futbolçu Xose Mariya Ximenesin test nəticəsi müsbət çıxıb. Xəstəliyi yüngül simptomlarla keçirən 25 yaşlı yarımmüdafiəçi dərhal evində karantinə alınıb.
Komanda isə növbəti analizin nəticələri açıqlananadək məşqləri dayandırıb.
Qeyd edək ki, bu, "Atletiko"da infeksiyaya 6-cı yoluxma halıdır. Daha əvvəl Renan Lodi, Anxel Korrea, Şimo Vrsalko, Dieqo Kosta və Luis Arias eyni problemlə üzləşib.