Joze Maurinyo: “Heçkəs oyunçuların daim meydanda olacağına zəmanət vermir”

Joze Maurinyo: “Heçkəs oyunçuların daim meydanda olacağına zəmanət vermir”

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandadakı ab-havadan danışıb. “Oyunçuların əhval-ruhiyələrini pozmalarını, kədərlənmələrini  və onları əsas heyətə daxil etmədiyim zaman qərəzli olduğumu düşünmələrini istəmirəm.
Futbolçular meydanda sərf etmək istədikləri dəqiqələr üçün mübarizə aparmalıdırlar. Heçkəs oyunçuların daim meydanda olacağına zəmanət vermir. Onlar meydanda çıxış etmək üçün döyüşməyə hazır olmalıdırlar”, - deyə mütəxəssis bildirib.