Şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kuboku

Şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kuboku

Avqustun ilk günlərində Sumqayıt şəhərində A.Sarıçevin xatirəsinə həsr olunmuş həlletmə yarışı zamanı şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kubokunun bağlanışı mərasimi keçirildi. 6 bölmə üzrə təşkil olunan bu yarışda 12 şəhərdən 20 şahmatçı iştirak etdi. Yarışın direktoru Elmar Abdullayev (Şirvan) idi.

Qeyd edək ki, yarışın elan tarixi (8.06.2013), şahmat bəstələrinin yarışın direktoruna son göndərişi (25.06.2013), həmçinin nəticələrin ilkin elani hakimlərimizin fəal işi nəticəsində elan olunduğu vaxtdan (25.07.2013) daha tez həyata keçirildi. Xatırladaq ki, əsasnaməyə görə, yarışda hakimlər yalnız 1-3-cü yerləri müəyyən ediblər. Təltifə düşməyən məsələ və etüdlər müəlliflərə qaytarılır və onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə bilərlər.
Maraqlıdır ki, ölkə kubokunun nəticəsinə görə, üç şahmat bəstəçimiz bir neçə bölmədə medallar qazanıblar. Kənan Vəlixanov (İmişli) 3 qızıl (ikigedişli, yardımlımat, əksmat) və 1 gümüş, veteran tərtibçimiz Salman Cavadzadə (Gəncə) 1 qızıl (çoxgedişli), 1 gümüş və 1 bürünc, həlletmə üzrə 14 dəfə ölkə çempionu Araz Alməmmədov (Qəbələ) isə 2 gümüş və 2 bürünc medal qazanıblar.

Daha bir yenilik isə, 16 yaşlı Bakı şahmatçısı Miradil Zeynallının çoxgedişli bölmədə bir çox tanınmış şahmat bəstəçilərini geridə qoyaraq, gümüş medal qazanmasıdır. Yarışın bağlanışı mərasimində qaliblərə diplom, medal və kubok təqdim olundu.

Yarışın qalibləri:
(#2 -ikigedişli) Hakim: Bəxtiyar Rüstəmov (Bakı)
1-ci yer. Kənan Vəlixanov (İmişli),
2-ci yer. Salman Cavadzadə (Gəncə)
3-cü yer. Süleyman Abdullayev (Bakı).

(#3 -üçgedişli) Hakim: Rauf Əlövsətzadə (ABŞ)

1-ci yer. Mübariz Səfərov (Cəlilabad),
2-ci yer. Kənan Vəlixanov (İmişli),
3-cü yer. Araz Alməmmədov (Qəbələ).

(#N -çoxgedişli) Hakim: Rauf Əlövsətzadə (ABŞ)

1-ci yer. Salman Cavadzadə (Gəncə),
2-ci yer. Miradil Zeynallı (Bakı),
3-cü yer. Araz Alməmmədov (Qəbələ).

(+= - etüdlər) Hakim: İlham Əliyev (Sumqayıt)

1-ci yer. Samir Bədəlov (+) (Bakı),
2-ci yer. Araz Alməmmədov (Qəbələ),
3-cü yer. Əsgər Rzayev (Lənkəran).

(H# - yardımlımat) Hakim: Bəxtiyar Rüstəmov (Bakı)

1-ci yer. Kənan Vəlixanov (İmişli),
2-ci yer. İlham Əliyev (Sumqayıt),
3-cü yer. Anatoli Piriverdiyev (Bakı).

(S# - əksmat) Hakim: Rauf Əlövsətzadə (ABŞ)

1-ci yer. Kənan Vəlixanov (İmişli),
2-ci yer. Araz Alməmmədov (Qəbələ),
3-cü yer. Salman Cavadzadə (Gəncə).
Bu yarışda qalib olan 18 məsələ və etüdü oxuculara təqdim edirik. Tapşırıqları müstəqil həll edin. Onların cavabları ilə gələn sayımızda tanış ola bilərsiniz.




1024a. Qərib Hüseynov (Bərdə) 1.Tb3! (2.Td3#). 1030. Leonid Lyubaşevski, Leonid Makaronez (İsrail) 1.Ah3! (2.Sc5 (A)+ Şd5 3.Fa2 (B)#, 1...Şd5 2.Fa2 (B)+ Şe4 3.Ac5 (A)#, 1...Vxd6 2.Şxc3!! - 3.Af4#, 2...Vxb4+ 3.Axb4#, 2...Vc7+ 3.Ac5#, 2...Vxd4+ 3.Txd4#, 1...Vxf5 2.Şxc3!! - 3.Af4#, 2...Vxh3 3.Te5#, 2...Vxb5 3.Ac5#, 1...Vc8 2.f6!! - 3.Te5#, 2...Ve8 3.Ac5# .
İ. Əliyev,
Beynəlxalq hakim, Sumqayıt