Tromse həyəcanı davam edir

Tromse həyəcanı davam edir



Avqust ayının 11-də Norveçin Tromse şəhərində start götürən şahmat üzrə Dünya Kuboku davam edir.
Qeyd edək ki, Dünya Kubokunda 128 şahmatçı qələbə uğurnda mübarizə aparır. Yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vasif Durarbəyli və Eltac Səfərli təmsil edirlər. Yarışda Şəhriyar Məmmədyarovun növbəti rəqibi rusiyalı Maksim Matlaxov olacaq. Teymur Rəcəbov kubalı Lazaro Batistanı, Eltac Səfərli isə amerikalı Hikaru Nakamura ilə üz-üzə gələcək.
Məlumat üçün bildirək ki, Dünya Kubokunda 1-ci və 2-ci yeri tutan şahmatçılar İddiaçılar turnirinə vəsiqə qazanacaqlar.
7 turdan ibarət, Olimpiya sistemilə keçirilən yarışa sentyabrın 3-də yekun vurulacaq.