Şahmatçılarımız bu dəfə Avstriyaya yollanırlar

Şahmatçılarımız bu dəfə Avstriyaya yollanırlar


Avqustun 17-də Avstriyanın paytaxtı Vyanada şahmat üzrə "Vienna Chess Open 2013” beynəlxalq turnir start götürəcək.
Ölkəmizi bu mötəbər yarışda 3 zəka sahibi təmsil edəcək. Belə ki, "Vienna Chess Open 2013” beynəlxalq turnirinin "A” qrupunda Namiq Quliyev və Hafiz Kərimov, yarışın "B” qrupunda isə zəka sahibi Rüfət Abdullayev mübarizə aparacaq.
Turnir avqustun 25-də başa çatacaq.