Ronaldonun evi qarət olundu

Ronaldonun evi qarət olundu

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, portuqaliyalı hücumçunun Madeyra şəhərindəki villası qarət olunub. Hadisə Portuqaliya və İspaniya yığmaları arasında qolsuz yekunlaşan yoldaşlıq oyunu zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.
Qeyd edək ki, Kriştianu Ronaldonun Madeyradakı mülkünün dəyəri 7 milyon funt sterlinqdir.