Rusiyanın “Spartak” komandasına azarkeşlik edən rusiyalı şahmatçı Sergey Karyakin “Se” jurnalının əməkdaşı ilə söhbətində qeyri-adi vəd verib. Onun sözlərinə görə, komanda çempion olarsa, o, yüz uşaq üçün eyni vaxtda oyun seansını keçirəcək.
“ Obyektiv desək, “Spartak” birinci yer uğrunda mübarizədə favorit deyil. Amma həmişə finiş sıçrayışını etmək lazımdır. Daha sonra isə rəqiblər xal itirsinlər və bizə şans versinlər. Yadımdadır, 2017-ci ildə “Spartak” çempion olarsa geyimdə hovuza tullanmağa söz vermişdim və sözünü yerinə yetirdim. Bu dəfə xeyirli bir vəd vermək istəyirəm. Düşünürəm ki, futbolu sevən yüzlərlə uşağa qarşı eyni vaxtda seans keçirmək daha maraqlı olar. Uşaqların hansı kluba azarkeşlik etməsi isə vacib deyil”, - deyə şahmatçı bildirib.