Məktəblilər arasında şahmat üzrə onlayn dünya çempionatında ilk mükafatçılar müəyyənləşib. U-14 yaş kateqoriyasında çıxış edən təmsilçimiz Riad Səmədov mükafatçılar sırasında yer alıb.
İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 7 xal qazanan idmançımız ikinci olub. Təmsilçimiz dünya çempionu olan iranlı Məhəmməd Cavad Xorşidi Paci ilə eyni xal toplayıb. Ancaq əlavə göstəricilər İran şahmatçısına qızıl medal qazandırıb.
Zəka sahibimiz dünya çempionatında gümüş medala layiq görüldü
