Futbol üzrə Avropa çempionatını ləğv edildi

Futbol üzrə Avropa çempionatını ləğv edildi

UEFA 2020-ci ildə keçiriləcək 19 yaşınadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı ilə bağlı qərarını verib.
Final mərhələsi Şimali İrlandiyada keçirilməli olan turnir ləğv edilib.
Buna koronavirus pandemiyası səbəb olub. Hazırki durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub. Final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə - İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib.