Millimizin UEFA reytinqindəki mövqeyi dəyişmədi

Millimizin UEFA reytinqindəki mövqeyi dəyişmədi

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasının qrup mərhələsinin II turunun ilk 8 qarşılaşmasından sonra cədvəldə bəzi dəyişikliklər olub. Bu, yalnız xal hesablarında əksini tapıb. Qitənin 55 ölkəsinin heç birinin mövqeyi dəyişməyib.
Cədvəlin ilk pilləsində 82,997 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadır.
Azərbaycan 26-cı sırada qalıb. Ölkəmizin aktivində 16,625 xal var.