Həvəskar şahmatçılar Sumqayıtda yarışıblar

Həvəskar şahmatçılar Sumqayıtda yarışıblar


Sumqayıt İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıtın məhəllə və mikrorayonlarında bir sıra tədbirlər keçirilib. Tədbirlər şəhər əhalisi tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanıb.
Artıq 3-cü ildir ki ənənəvi şəkildə təşkil olunan məhəllə və mikrorayonların həvəskar şahmatçıları arasında keçirilən şəhər çempionatı da əhali tərəfindən maraqla qarşılanır. İyulun 10-da start verilən çempionata məhəllə və mikrorayonlardan 70-ə yaxın həvəskar şahmatçısı qatılıb. Yarımfinal və final oyunları avqustun 14-də Heydər Əliyev abidəsinin qarşısında inşa edilən şahmat lövhəsində keçirilib. Qalib və mükafatçılar məlum olub. Gərgin idman mübarizəsi şəraitində davam edən yarışların yekun nəticəsinə görə Allahverdi Mahmudov, Yusif Hümbətov və Həmid Süleymanov müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. Qaliblər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tərəfindən mükafat və diplomlarla təltif olunublar.