Bu gün Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına start veriləcək. İlk gündə A, B, C və D qruplarında 8 oyun keçiriləcək. Turnirin son qalibi “Bavariya” Avstriyada “Zalsburq”un qonağı olacaq. A qrupunun digər favoriti “Atletiko” da səfər matçına çıxacaq. Madridlilər Moskvada “Lokomotiv”i sınağa çəkəcəklər. İlk iki turdan sonra B qrupunun son pilləsində qərarlaşan “Real” “İnter”i qəbul edəcək. Daha bir xal itkisi “kral klubu”nun işini çətinləşdirə bilər. C qrupunda itkisiz irəliləyən “Mançester Siti” “Olimpiakos”la evdə münasibətlərinə aydınlıq gətirəcək. D qrupunda isə liderlər İtaliyada üz-üzə gələcək. Qələbələri sıralayan “Liverpul” “Atalanta”nın qonağı olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
III tur
3 noyabr
A qrupu
21:55. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya)
00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)
B qrupu
21:55. “Şaxtyor” (Ukrayna) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
00:00. “Real” (İspaniya) – “İnter” (İtaliya)
C qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
00:00. “Porto” (Portuqaliya) – “Marsel” (Fransa)
D qrupu
00:00. “Midtülland” (Danimarka) – “Ayaks” (Niderland)
00:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə)