“Mançester Yunayted”in əfsanəsi həbs olundu

“Mançester Yunayted”in əfsanəsi həbs olundu

Uels milli komandasının baş məşqçisi Rayan Giqqz həbs olunub. İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi ev zorakılığında ittiham olunur. Britaniya polisini Giqqzin sevgilisi Keyt Qrevill çağırıb. O, sabiq futbolçu tərəfindən döyüldüyünü iddia edib. Qeyd edək ki, bu, Giqqzin ilk qalmaqalı deyil. İki il öncə onun öz xanımına qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üzə çıxmışdı.