Dieqo Maradonanın xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlandı

Dieqo Maradonanın xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlandı

Diego Maradonanın şəxsi həkimi Leopold Luke keçmiş futbolçunun səhhəti ilə bağlı məlumat verib. Məlumata görə, “Ximnasiya”nın 60 yaşlı məşqçisi xəstəxanaya yerləşdirilib.
“Mən bilirəm ki, Dieqonun vəziyyəti bundan on min dəfə yaxşı ola bilər. Xəstəxanaya yerləşməsi ona  yaxşı təsir edəcək. O, bunu istədiyi üçün etdi. Dieqonun səhhətində yaranan problem ciddi xarakter daşımır və xəstəxanaya gətirilməsi vacib deyildi. Lakin onun orqanizminin nəm balansını normaya salmaq üçün üç günlük xəstəxana rejimi təyin edilib. D.Maradona tez bir zamanda yenidən komandasına rəhbərlik etmək istəyir,- deyə L.Luke bildirib.