Klubun prezident seçkilərini Milad bayramında ola bilər

Klubun prezident seçkilərini Milad bayramında ola bilər

“Barselona”  klubunun prezidentinin vəzifəsini icra edən Karles Tuskets klubun prezident seçkilərinin Miladda olacağını ehtimal edib. O, həmçinin klubun xərclərinin azalması mövzüsuna da toxunub.
“Hazırda biz səhiyyə təşkilatları ilə mütamadi əlaqədə olan və heyyətimizin tam təhlükəzliyini təmin etməsi üçün işçi qrupu yaratmışıq. Biz klubun nizamnaməsinə riayət edərək, yaxşı təşkilat təmin etmək üçün bütün maddi-texniki və insan resurslarından istifadə edirik. Həmçinin biz poçt vasitəsilə səsvermə təşkil edə bilərdik. Biz hər bir iştirakçıdan  xüsusi qərarlar tələb edən xüsusi bir dövrdə yaşayırıq. Büdcəni balanslaşdırmaq üçün biz xərclərimizi 300 milyon avro azaltmalıyıq. Bu fikirin əsas məqsədi ödənişləri təxirə salmaq və hər kəsə xeyir verəcək qazılığa gəlməkdir. Leonel Messi və onun agentləri də daxil olmaqla, hər kəs buna hazırdır”, - deyə K.Tuskets deyib.
Xatırladaq ki, ötən ayın sonunda Jozep Bartomeu 2014-cü ildən tutduğu “Barselona” klubunun prezidenti vəzifəsindən istefa verib. Qeyd edək ki, o, öz direktorlar şurası ilə birlikdə istefa verib.