Çempionlar Liqası: Bu gün qrup mərhələsinin III turuna yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsinin III turuna yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun digər oyunları keçiriləcək. İkinci oyun günündə 4 qrupda 8 qarşılaşma oynanılacaq.

Türkiyənin "Başakşehir" klubu İstanbulda İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edəcək. H qrupunun digər matçında turnirin son finalçısı Fransa PSJ-si Almaniyada “Leyptsiq”in qonağı olacaq.

G qrupunun II turunda İtaliyada İspaniyanın "Barselona" klubuna 0:2 hesabı ilə uduzan "Yuventus" Macarıstanda “Ferenstvaroş”la üz-üzə gələcək.

Kataloniya təmsilçisi isə evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək.

 

Çempionlar Liqası, qrup mərhələsi

III tur

4 noyabr
E qrupu
00:00. “Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya)
00:00. “Çelsi” (İngiltərə) – “Renn” (Fransa)

F qrupu
21:55. “Zenit” (Rusiya) – “Latsio” (İtaliya)
00:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu
00:00. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
00:00. “Ferenstvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya)

H qrupu
21:55. “Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə)
00:00. “Leyptsiq” (Almaniya) – PSJ (Fransa)