Azərbaycan Premyer Liqasında IX turun startı təxirə salınıb. Bu gün keçirilməli olan “Sabah” – “Zirə” görüşü təşkil olunmayacaq. Buna səbəb meydan sahiblərində koronavirusa yoluxmadır. “Sabah”ın üzvlərində testin müsbət nəticə verməsi oyunun təşkilinə mane olub. Bu, Azərbaycan Premyer Liqasında koronavirusa ilk yoluxma halıdır. Futbolçuların yenidən koronavirus testindən keçməsi matçın baş tutmasına mane olub.
Bu üzdən də qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Koronavirusa yoluxanların kimliyi açıqlanmır.
Qeyd edək ki, turun digər matçları noyabrın 7-8-də keçiriləcək. Sabah “Keşlə” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı, ertəsi gün “Neftçi” “Qarabağ”ı qəbul edəcək.