FİFA prezidentinə qarşı ittiham irəli sürülüb

FİFA prezidentinə qarşı ittiham irəli sürülüb

FİFA prezidenti Canni İnfantino Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sıralarını tərk edə bilər.  Belə ki, oktyabrın 26-da futbol agentlərinin qanunsuz işləri ilə məşğul olan İsveçrənin Sport 7 şirkəti  təşkilatın rəhbərindən şikayət edib. Şirkət, C.İnfantinonun Olimpiya xartiyasının bir neçə normasını pozduğuna görə onun  dərhal BOK-un üzvlüyündən məhrum edilməsi tələbi irəli sürüb.
Qeyd edək ki, keçən yay Canni İnfantinonun adı cinayət işində hallanmışdı. Ona qarşı istintaq İsveçrə Prokurorluğu tərəfindən başlanılmışdı. FİFA-nın rəhbərinin cinayət əməllərində tutulmuşdu. Həmçinin təşkilatın rüşvəti araşdıran idarənin əməkdaşlarının iştirakı da hadisədə təsdiqlənmişdi.
Həmçinin bildirək ki, C.İnfantinonun FİFA-nın rəhbərliyi altında 2018-ci ildə Rusiyada dünya çempionatı keçirilib.