Hakimi döyən idmançı məhkəməyə çıxarılacaq

Hakimi döyən idmançı məhkəməyə çıxarılacaq

Rusiya yığmasının keçmiş futbolçusu Roman Şırokov həvəskar komandaların oyunu zamanı hakim Nikita Dançenkovu döyməsi səbəbi ilə məhkəmə qarşısına çıxacaq.
Moskva Prokurorluğu 39 yaşlı R.Şırkov barəsində ittihamı  təsdiq edib. Cinayət işi məhkəməyə göndərilib. Onu iki ilədək azadlıqdan məhrumetmə təhlükəsi gözləyir.
Qeyd edək ki, keçmiş futbolçu avqustun 10-da hakimə baş hissəsinə daxil olmaqla, bir neçə zərbə endirmişdi.