"Real Madrid"in aparıcı futbolçuları koronavirusa yoluxdular

"Real Madrid"in aparıcı futbolçuları koronavirusa yoluxdular

İspaniyanın "Real Madrid" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Yarımmüdafiəçi Kazemiro və hücumçu Eden Azarın testi müsbət nəticələnib.
Ölkə çempionunun digər oyunçularında və məşqçilər korpusunun üzvlərində infeksiya aşkarlanmayıb. Koronavirusa yoluxmuş hər iki futbolçu karantinə alınıb.