“Səbail” səfərdə çempionatın liderinə qalib gəldi

“Səbail” səfərdə çempionatın liderinə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. Günün ilk oyununda "Keşlə" öz meydanında “Qəbələ”ni qəbul edib. “ASK Arena” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 13-cü dəqiqədə açılıb. “Qəbələ”nin oyunçusu Nikolas Rajsel fərqlənib. Görüşün 41-ci dəqiqəsində “Keşlə” hesaba tarazlıq gətirib. Sezar Meza Koli adını tabloya yazdırıb. Oyunun 74-cü dəqiqəsində “Keşlə” hesabda önə keçib. Asif Məmmədov avtoqola imza atıb. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə “Keşlə”nin oyunçusu Silvio qoyub. Beləliklə, “Keşlə” qələbə qazanaraq turnir cədvəlində 5-ci yerini qoruyub saxlayıb. “Qəbələ” isə 8 xalla 6-cı yerdə qərarlaşıb.
Komandalar indiyədək çempionatda 48 dəfə üz-üzə gəliblər. Bunların 13-də “qırmızı-qaralar”, 17-də isə meydan sahibləri qələbə qazanıb. 18 görüş heç-heçə bitib. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 62:47.
Günün digər matçında isə “Sumqayıt” klubu “Səbail” komandasının qonağı olub.  Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Səbail”in heyətində Rauf Əliyev 42, Adil Nağıyev isə 77-ci dəqiqədə fərqlənib. “Gənclik şəhəri” təmsilçisində Rəhim Sadıxov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra bir oyun az keçirən və xallarının sayını 9-da çatdıran “Səbail” 6-cı pilləyə yüksəlib. “Sumqayıt” isə hələ ki, 15 xalla liderdir.