Noyabrın 22-də şahmat üzrə “Skillinq Open” turnirinə start veriləcək. Onlayn qaydada keçiriləcək turnirdə 16 iştirakçıdan 11-i dəqiqləşib. Yarışda ölkəmizi azərbaycanlı zəka sahibi Teymur Rəcəbov təmsil edəcək. Qrossmeysterimizin rəqibləri arasında Din Liren (Çin), Levon Aronyan (Ermənistan), David Anton (İspaniya), Sergey Karyakin (Rusiya), Liem Quang Li (Vyetnam), Uesli So (ABŞ), Aniş Qiri (Niderland), Yan-Kriştof Duda (Polşa), Vidit Quyrati (Hindistan) və Maksim Vaşye-Laqrav (Fransa) yer alıb. Bu turnir “Champions Chess Tour” çərçivəsində təşkil olunacaq.