“Barselona”da zədəli futbolçuların sayı 6-ya çatdı

“Barselona”da zədəli futbolçuların sayı 6-ya çatdı

İspaniya La Liqasının X turunda “Atletiko” ilə qarşılaşan “Barselona” klubu ciddi itki ilə üzləşib. Belə ki, oyun zamanı klubun müdafiəçiləri Jerar Pike və Serxi Roberto zədələnib. 62-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalan Pikenin dünən keçirilən testlərdən sonra sağ dizinin daxili lateral bağlarının üçüncü dərəcəli dartılma və sağ dizindəki ön çarpaz bağda qismən zədə olduğu müəyyənləşib. İlkin ehtimallara görə ispaniyalı futbolçu 8-12 həftə yaşıl meydanlardan kənar qala bilər. Amma klubun həkimləri onun meydana qayıtmasını zədənin müalicəsindən asılı olacağını düşünürlər.

Klubun digər müdafiəçisi Serxi Robertonun da sağ ayaq əzələsindən zədə aldığı müəyyənləşib. Futbolçunun zədə səbəbinə görə iki aya yaxın meydandan uzaq qalacağı bidirilir.

Qeyd edək ki, klubun heyətində Pike və Roberto ilə yanaşı, Samuel Umtiti, Ronald Arauxo, Serxio Busquets və Ansu Fati də zədədən əziyyət çəkir.