“Çelsi”, “Sevilya”, “Barselona” və “Yuventus” 1/8 finalın bir addımlığında

“Çelsi”, “Sevilya”, “Barselona” və “Yuventus” 1/8 finalın bir addımlığında

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək. İlk oyun günündə 4 qrupda 8 qarşılaşma təşkil olunacaq. Bu tur bəzi klublar növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edə bilərlər.

E qrupunda İngiltərənin "Çelsi" və İspaniyanın "Sevilya", G qrupunda isə İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" komandalarının şansları daha yüksək qiymətləndirilir.

Türkiyə təmsilçisi “Başakşəhər” İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək. Aktivində 3 xal olan istanbullular 1/8 final şansını çətinə salmamaq üçün mübarizə aparacaq.

Çempionlar Liqası

Qrup mərhələsi IV tur 24 noyabr E qrupu 21:55. “Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya) 21:55. “Renn” (Fransa) - “Çelsi” (İngiltərə)

Xal durumu: “Çelsi” - 7, “Sevilya” - 7, “Krasnodar” - 1, “Renn” - 1

F qrupu 00:00. “Latsio” (İtaliya) - “Zenit” (Rusiya) 00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika)

Xal durumu: “Borussiya” D - 6, “Latsio” - 5, “Brügge” - 4, “Zenit” - 1

G qrupu 00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya) 00:00. “Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan)

Xal durumu: “Barselona” - 9, “Yuventus” - 6, “Dinamo” - 1, "Ferentsvaroş" - 1

H qrupu 00:00. “Mançester Yunayted” (İngilıtərə) - “Başakşəhər” (Türkiyə) 00:00. PSJ (Fransa) - “Leypsiq” (Almaniya)

Xal durumu: “Mançester Yunayted” - 6, “Leyptsiq” - 6, PSJ - 3, “Başakşehir” - 3