Ən yaxşı futbolçu adına 8 namizəd

Ən yaxşı futbolçu adına 8 namizəd

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri “Globe Soccer Awards”ın ən yaxşı futbolçu mükafatına namizədlərin siyahısı açıqlanıb. 2010-cu ildən təqdim edilən mükafata 8 futbolçu iddia edir.

Bunlar Çiro İmmobile, Kriştiano Ronaldo, Kərim Benzema, Lionel Messi, Markinyos, Robert Levandovski, Sadio Mane və Serj Qnabridir.

Qeyd edək ki, bu il “Qızıl top” mükafatı təqdim olunmayacaq. UEFA-nın ən yaxşı nominasiyasında isə Robert Levandovski qalib gəlib.