“Qarabağ” klubu Türkiyəyə yollanıb

“Qarabağ” klubu Türkiyəyə yollanıb

Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Türkiyənin “Sivasspor” komandası ilə qarşılaşacaq. Ağdam təmsilçisi noyabrın 25-də oyunun keçiriləcəyi İstanbula yollanıb.

Noyabrın 26-da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Oyun İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.