Şahmat üzrə "Skilling Open" turnirində 1/4 final mərhələsinin ilk görüşləri keçirilib. Azərbaycan təmsilçisi Teymur Rəcəbov pley-offda ABŞ şahmatçısı Uesli So ilə üz-üzə gəlib. 4 partiyadan ibarət ilk dueldə 2 qələbə qazanıb, 1 heç-heçə edən 33 yaşlı qrossmeyster sonuncu qarşılaşmaya ehtiyac qalmadan birinci günün qalibi olub.
Qrossmeysterimiz noyabrın 26-da Uesli So ilə daha 4 görüş keçirəcək.
Qeyd edək ki, ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edən turnirin qalibi 30 min dollara sahib olacaq.
Teymur Rəcəbovdan uğurlu başlanğıc