Moskva Olimpiadasının 33 illiyi qeyd olunub

Moskva Olimpiadasının 33 illiyi qeyd olunub

Moskvada Rusiya Olimpiya Komitəsinin (ROK) təşkilatçılığı ilə Moskva-80 Olimpiya Oyunlarının 33 illik yubileyi qeyd olunub. Mərasimdə 50 Olimpiya çempionu və Moskva-80-nin mükafatçıları iştirak ediblər.
ROK prezidenti Aleksandr Jukov tədbir iştirakçılarını salamlayaraq deyib: "XXII Yay Olimpiya oyunlarından 33 il keçməsinə baxmayaraq, oyunlarda baş verən hadisələr bu gün də, yaddaşlarda yaşayır. Xatırlayıram ki, Lujnikidə toplaşan azarkeşlər Olimpiya çempionlarını ayaqüstə alqışlayırdılar. Əminəm ki, Moskva-80 Olimpiadasının ənənəsini biz Soçi-2014 Qış Olimpiya Oyunlarında da yaşadacağıq”.
Xatırladaq ki, Moskva Olimpiadası 1980-ci il iyulun 19-dan, avqustun 3-nə qədər keçirilmişdi. Olimpiya oyunlarında 21 idman növü üzrə mübarizə aparan idmançılar 203 dəst medal uğrunda yarışmışdılar.