Soçi-2014 Qış Olimpiya Oyunlarının məşəli 65 min km məsafəni qət edəndən sonra Şimal qütbünə aparılacaq və oradan kosmosa qaldırılacaq.
Bu barədə məlumatı Soçi-2014 Təşkilat Komitəsinin sədri Dmitrii Çernışenko verib. Onun sözlərinə görə, məşəl estafeti oktyabrın 6-da Moskvadan start götürəcək.
"Olimpiya məşəli oktyabrın 6-da Moskvaya gətiriləcək və bundan sonra Olimpiya oyunları tarixində ən uzun müddətli estafet başlayacaq. XXII Qış Olimpiadasının məşəl estafeti 23 gün davam edəcək. Bu zaman 65 min km məsafə qət ediləcək ki, bu da ekvatorun yarısı deməkdir. Beləliklə, estafet 3 min yaşayış məntəqəsinin ərazisindən keçəcək. Bizim estafetlə bağlı müxtəlif və çox maraqlı layihələrimiz vardır. Bunlardan biri də məşəlin Şimal qütbünə aparılmasıdır”, - deyə Dmitrii Çernışenko bildirib. O, Olimpiya məşəlinin sentyabrın 29-da alovlandırılacağını deyib.