Əfsanəvi futbolçunun xatirəsi yad ediləcək

Əfsanəvi futbolçunun xatirəsi yad ediləcək

İtaliyanın A seriyasının rəsmi saytında əfsanəvi futbolçu Dieqo Maradona ilə sağollaşması barədə məlumat verilib.

Belə ki, komandaların isinmə hərəkətləri zamanı stadionların ekranlarına 1989-cu ildə “Bavariya” ilə qarşılaşmada D.Maradonanın dribblinq videogörüntüləri əks olunacaq. Futbolçular sol qolunda qara sarğı ilə meydançaya çıxacaqlar.

Hər bir oyunun başlanmasında əvvəl futbolçular və komandaların rəsmi şəxsləri meydanın mərkəz dairəsi ətrafında dayanaraq, futbolçunun xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər. Bir dəqiqə müddətində əfsanənin fotosu böyük ekranlarda görünəcək. Turun bütün oyunlarının 10-cu dəqiqəsindən sonra bir dəqiqə ərzində Dieqo Maradonanın fotosu yenidən böyük ekranlarda əks olunacaq .