Bitmiş karyeraya yenidən şans verən futbolçu

Bitmiş karyeraya yenidən şans verən futbolçu

Peşəkar futbol karyerasını 3 il əvvəl başa vuran İngiltərə millisinin keçmiş müdafiəçisi Coleon Leskott karyerasına yenidən başlayıb. 38 yaşlı futbolçu “Rasinq Mursiya” klubu ilə müqavilə bağlayıb. Bu barədə İspaniyanın üçüncü divizionunda çıxış edən klubun rəsmi Twitter hesabında məlumat verilib. Lakin məlumatda müqavilənin müddəti qeyd

olunmayıb. Məlum olan yeganə məqam odur ki, C.Leskott İspaniya Kubokunda “Levante” komandası ilə oyuna çıxacağıdır. Futbolçunun “Rasinq Mursiya”nın formasında bir oyun keçirəcəyi də istisna olunmur.