Şahmatçılarımız onlayn Paralimpiadada mübarizəni dayandırdı

Şahmatçılarımız onlayn Paralimpiadada mübarizəni dayandırdı

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn Paralimpiadanın seçmə mərhələsinə yekun vurulub. Sonuncu turda Argentina yığmasına 1:3 hesabı ilə məğlub olan komandamız yarışda çıxışını başa vurub. Yığmamızın heyətində Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov və Nadejda Belyayeva mübarizə aparıblar.
Qeyd edək ki, fiziki məhdudiyyətli şahmatçılar arasında keçirilən yarışın seçmə mərhələsində 45 ölkədən 61 komanda iştirak edib. Paralimpiadanın yarımfinalına “Rusiya 1”, “Ukrayna 3”, “Polşa 1” və “Rusiya 2” komandaları vəsiqə qazanıblar.