Əfsanəvi futbolçuya heykəl qoyulacaq

Əfsanəvi futbolçuya heykəl qoyulacaq

Argentina paytaxtının əsas beynəlxalq hava limanını idarə edən "Aeropuertos Argentina 2000" (AA2000) şirkətinin rəhbərliyi onun ərazisində futbol üzrə milli komandanın keçmiş oyunçusu və məşqçisi Dieqo Maradonanın heykəlini quraşdırmaq niyyətindədir.
Bu barədə "La Nacion" qəzetində şirkət adından nəşr olunan nekroloqda yazılıb.
Qəzetin xəbərinə görə, nekroloqu "AA2000"nin sahibi Eduardo Ernekyan sifariş edib. Ernekyanın nümayəndələri bir neçə il əvvəl iş adamının Maradonaya nazir Pistarini adına hava limanında onun heykəlinin qoyulmasını təklif etdiyini və bu ideyanın eks-futbolçu tərəfindən bəyənildiyini nəşrə təsdiqləyiblər.
Heykəlin kim tərəfindən hazırlanacağı və tam olaraq harada quraşdırılacağı hələ bilinmir