“Barselona”nın 121 yaşı tamam olur

“Barselona”nın 121 yaşı tamam olur

Bu gün “Barselona” futbol klubunun 121 yaşı tamam olur.

1899-cu ildə Xuan Qamperin başçılığı ilə bir qrup İsveçrə, İngiltərə və Kataloniyadan olan futbolçularla birlikdə qurulan klub Kataloniya mədəniyyətinə və simvoluna çevrilib, məhz buna görə klubun devizi "Mes que un club" ("Bir klubdan daha artıq") olub.
"Barselona” futbol klubu dünyada həm də öz futbol məktəbiylə məşhurdur. “La Masia” adlanan bu məktəb dünyaya Puyol, Xavi, İnyesta, Messi, Pike kimi məşhur futbolçular bəxş edib.
Bu gün həm də "Barselona”nın Azərbaycandakı rəsmi fanklubunun da yaranması günüdür. 10 il əvvəl, 2010-cu ilin 29 noyabrında Azərbaycanda bir neçə azarkeş fanklubu yaradıb.
Qeyd edək ki, Avropa və dünya futbolunun ən böyük klublarından olan “Barselona” Avropada ən çox kubok qazanan 2 klubdan biridir.
“Barselona” klubu bu günə qədər 26 dəfə La Liqa, 30 dəfə Kral kuboku, 13 dəfə İspaniya Superkuboku, 5 dəfə UEFA Çempionlar Liqasını, 5 dəfə UEFA Superkubokunu, 3 dəfə isə FİFA Klublararası Dünya Çempionatının qalibi olub.