Dieqo Maradonanın ölümündə ittiham olunan həkim danışdı

Dieqo Maradonanın ölümündə ittiham olunan həkim danışdı

Argentina millisinin keçmiş üzvü Dieqo Maradonanın ölümündə ittiham olunan şəxsi həkimi Leopold Luke, bu məsələ ilə bağlı fikir bildirib.

Bir müddət əvvəl məhkəmə D.Maradonanı subdiral hemotoma səbəbi ilə əməliyyat etmiş həkimin San-İsidrodakı (İspaniya) evində yoxlanış aparılmasını əmr etmişdi.

“Bu mənim bilməyəcəyim və şübhə etməyəcəyim hüquqi prosedurlardır. Mən ədalət mühakiməsinin sərəncamındayam. Dieqo ilə nəyi və necə etdiyimi bilirəm. Prokurorlar heçkimin gözləmədiyi addımlar atdılar. Bu onların işidir və mən buna hörmət edirəm. Biz onlara istədikləri bütün məlumatları verdik”, - deyə L.Luke bildirib.

Xatırladaq ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Əfsanəvi futbolçu xroniki ürək çatışmazlığının səbəb olduğu kəskin ağciyər ödemi nəticəsində vəfat edib. D.Maradonanın ürəyində dilatasiya kardiyomiyopatiyası - ürək kameralarının artmasına və bir çox səbəbləri olan patologiya aşkar edilib. Onun ürəyi adi haldan iki dəfə böyük idi və incələnməsi üçün saxlanılıb.