“Skilling Open” onlayn şahmat superturnirində qalibin adına aydınlıq gəlib. Finalda norveçli dünya çempionu Maqnus Karlsen və amerikalı Uesli So üz-üzə gəlib. Bu mərhələdə birinci və ikinci matçlar heç-heçə başa çatdığından şahmatçılar tay-brekdə qarşılaşıblar. Həlledici mərhələdə N.Karlseni 1,5:0,5 hesabla məğlub edən U.So turnirin qalibi olub. İdmançı qalib olmaqla, həm də turnirin baş mükafatını – 30 min dolları qazanıb.
Yarışa qatılan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dörddəbir finalda çıxışını dayandırıb.
Turnir “Champions Chess Tour” seriyasına aiddir və mükafat fondu 1,5 milyon dollardır.