Millimizin qapıçısı koronavirusa görə karantinə alındı

Millimizin qapıçısı koronavirusa görə karantinə alındı

Futbol üzrə Azərbaycan milli komandasının və "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun Premyer Liqanın XI turunda "Qəbələ" ilə oyunun iştirak ərizəsinə salınmamasının səbəbi məlum olub. 28 yaşlı qapıçıda koronavirus aşkarlanıb. Test nəticəsi müsbət çıxan təcrübəli qolkiper karantinə alınıb.

M.Cənnətov yığmanın sonuncu toplanışında zədə səbəbindən iştirak etməyib.

Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə də virusa yoluxub.