Çempionlar Liqası: “Real” işini çətinə saldı, “Liverpul” və Porto” növbəti mərhələdə

Çempionlar Liqası: “Real” işini çətinə saldı, “Liverpul” və Porto” növbəti mərhələdə

Ötən gecə UFEA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib. İlk oyun günündə A, B, C və D qruplarında 8 oyun keçirilib. Turnirin son qalibi “Bavariya” 1-ci yeri təmin etdiyi A qrupunda “Atletiko” klubu ilə heç-heçə edib -1:1. “Lokomotiv” isə doğma meydanda “Zalsburq”a məğlub olub -1:3. Turun gözlənilməz nəticəsi B qrupunda qeydə alınıb. Son oyunlarda uğursuz çıxış edən “Real” səfərdə “Şaxtyor” 2:0 hesabı ilə məğlub olub. “Kral klubu” bu məğlubiyyətlə işini çətinləşdirərək qrupdan çıxmaq şansını son tura saxlayıb. Ukrayna təmsilçisi isə bu qələbə ilə 2-ci pilləyə yüksəlib. Qrupun digər oyununda Mönhenqladbax “Borussiya”sı öz meydanında “İnter”ə uduzub. Məğlubiyyətə baxmayaraq, bundestim təmsilçisi liderliyini qoruyub. B qrupunda son tur ərəfəsində bütün komandalar 1/8 final şansını saxlayıb. “Porto” ilə üz-üzə gələn “Mançester Siti” ilk xal itkisi ilə üzləşib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ingiltərəlilərə C qrupunun qalibi adını qazandırıbsa, “Porto” 1/8 finala vəsiqəni təmin edib. Autsayderlərin görüşündəki “Marsel” “Olimpiakos”u üstələyib -2:1. D qrupunun lideri “Liverpul” “Ayaks”ı 1:0 hesabı ilə məğlub edib. “Mersisaydlılar” bu qələbə ilə 1/8 finala vəsiqəni təmin ediblər. Qrupun digər oyununda “Atalanta” (İtaliya) qrup sonuncusu “Midtülland”la (Danimarka) heç-heçə oynayıb -1:1.