Çempionlar Liqası: “Mançester Yunayted” və “Borussiya” 1/8 finalın bir addımlığında

Çempionlar Liqası: “Mançester Yunayted” və “Borussiya” 1/8 finalın bir addımlığında

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulacaq. Turun ikinci oyun günündə 4 qrupda 8 matç keçiriləcək.

Türkiyənin “Başakşəhər” klubu öz meydanında “Leyptsiq”lə üz-üzə gələcək. 1/8 final şansı minimuma düşən İstanbul təmsilçisi mütləq qalib gəlməlidir. Növbəti xal itkisi “Başakşəhər”in turnirlə vidalaşması ilə nəticələnə bilər. H qrupunun lideri “Mançester Yunayted” PSJ-dən xal alarsa, növbəti mərhələyə yüksələcək.

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran “Barselona” “Ferensvaroş”un qonağı olacaq. G qrupunun digər görüşündə “Yuventus” Ukraynanın “Dinamo Kiyev” klubu ilə qarşılaşacaq. Digər iki qrupda liderlər öz aralarında münasibətlərini ayırd edəcək, autsayderlər də bir-biri ilə görüşəcək. E qrupunda “Krasnodar” “Renn”i, “Sevilya” “Çelsi”ni qəbul edəcək. F qrupunda Dortmund “Borussiya”sı “Latsio”nu, “Brügge” “Zenit”i sınağa çəkəcək.

Qeyd edək ki, turun digər 8 oyunu dekabrın 1-də keçirilib.