Ronaldo “Golden Foot” mükafatına layiq görüldü

Ronaldo “Golden Foot” mükafatına layiq görüldü

“Golden Foot” mükafatının sahibi müəyyənləşib. Monako knyazı II Albertin təşəbbüsü ilə 2003-cü ildə təsis olunan mükafata Kriştianu Ronaldo sahib çıxıb. Portuqaliya milisinin və İtaliyanın “Yuventus” klubunun ulduzu yaşı 29-dan çox olan futbolçular arasında ən yaxşı seçilib. Ronaldo səsvermədə Lionel Messi, Robert Levandovski, Corco Kyellini, Neymar, Serxio Aquero, Jerar Pike, Məhəmməd Salah, Serxio Ramos və Artur Vidalı qabaqlayıb. Qeyd edək ki, mükafata hər futbolçu yalnız bir dəfə sahib ola bilər.