Çempionlar Liqasında format dəyişikliyi müzakirə olunacaq

Çempionlar Liqasında format dəyişikliyi müzakirə olunacaq

Çempionlar Liqasının qrup mərhələsində mümkün format dəyişikliyi UEFA-nın gündəmindədir. Məsələ bu həftə qitə futbol qurumunda müzakirə ediləcək. Yeni reqlamentə əsasən, 2024/2025 mövsümündən komandalara qrupda 10 fərqli rəqiblə oyun keçirmək təklif olunur. Dəyişiklik təsdiqini tapsa, qrup mərhələsində matçların sayı avtomotik olaraq artacaq.

İddiaya görə, format dəyişikiyi bəzi klubların Avropa Super Liqası yaratmaq ideyasına cavab məqsədi daşıyır.