İlk turun qarşılaşması mart ayına təxirə salındı

İlk turun qarşılaşması mart ayına təxirə salındı

Ukrayna futbol çempionatının 1-ci turunun “Lvov” və “Minay” komandalarının qarşılaşması təxirə salınıb. Buna səbəb isə “Lvov” komandasının oyunçuları arasında koronavirus infeksiyasının aşkarlanması olub. Oyunun 2021-ci ilin mart ayının sonunda keçiriləcəyi planlaşdırılır.

Klub rəhbərliyi görüşü dekabrın 8-i və ya 15-nə təyin etməyə çalışıblar. Lakin liqa oyunu yaz ayına keçirmək qərarına gəlib.

Qeyd edək ki, “Lvov” və “Minay” oyunu avqustun 22-də keçirilməli idi. Lakin klub futbolçularının bir neçəsinin koronavirus infeksiyasına yoluxması səbəb ilə təxirə salındı, futbolçular isə karantinə alındılar. Virusa yoluxmuş şəxslərin adları açıqlanmayıb.