Ronaldunun qardaşına fırıldaqçılığa görə cinayət işi açılıb

Ronaldunun qardaşına fırıldaqçılığa görə cinayət işi açılıb

İtaliyanın Turin şəhərinin prokurorluğu "Yuventus"un portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun qardaşı Uqo Dinarte Santuş Aveyruya qarşı cinayət işi açıb. Məşhur futbolçunun qardaşı fırıldaqçılıqda ittiham olunur. Aveyrunun rəhbəri olduğu "Mussara" şirkətinin Turinin "Pegaso" kompaniyasından üzərində Ronaldunun muzeyinin loqosu (CR7Museu) olan 500 min avro dəyərində köynəklər sifariş verdiyi, bunun 150 min avrosunun vasitəçiyə ödənildiyi bildirilir.

Daha sonra isə "Mussara" köynəklərdən imtina edərək, istehsalın dayandırılmasını istəyib. Həmçinin şirkət hazır malların hər biri üçün qarşı tərəfə 4 avro təklif edib.