“Mən daha 700 oyun keçirib, sonra karyeramı bitirmək istəyirəm”

“Mən daha 700 oyun keçirib, sonra karyeramı bitirmək istəyirəm”

“Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qavrdiola məşqçilik karyerasını nə zaman bitirəcəyi barədə danışıb.
“Şənbə günü “Fulhem” ilə keçirəcəyim oyun karyeramda 700-cü olacaq? Bu əladır. Mən daha 700 oyun keçirib, sonra karyeramı bitirmək istəyirəm. Məşqçiliyə başlayanda 700 oyuna gəlib çatacağımı heç düşünmürdüm. Az məğlubiyyətlə, bu qədər oyun keçirmək əladır”,- deyə mütəxəssis bildirib.
Xatırladaq ki, X.Qvardiola 2007-ci ildən “Barselona B” klubu ilə çalışıb. 2008-2012-ci illərdə “Barselona”, 2013-2016-cı illərdə “Bavariya” komandalarına məşqçilik edib. 2016-cı ildə isə mütəxəssis “Mançester Siti” klubuna rəhbərlik edir.