“Bavariya”lı məşqçi «ilin ən yaxşısı» seçildi

“Bavariya”lı məşqçi «ilin ən yaxşısı» seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2020-ci ilin klublar arasında ən yaxşı baş məşqçisinin və milli komanda çalışdırıcısının adını açıqlayıb.

Klublar arasında ən yaxşı baş məşqçi “Bavariya”lı Hans-Diter Flik seçilib. O, Münhen təmsilçisindəki debüt mövsümündə Çempionlar Liqasının, Bundesliqanın və Almaniya kubokunun qalibi olub.

Milli komandalar arasında isə Fransa yığmasının çalışdırıcısı Didye Deşam 1-ci seçilib. Onun kollektivi Millətlər Liqasının yarımfinal mərhələsinə yüksəlməyi bacarıb.